MƏDƏNİYYƏT


“Mən tanıyan Xan əmi” kitabının təqdimatı olub

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Yubileylər silsiləsi” layihəsi çərçivəsində şair Şahlar Şuşalının “Mən tanıyan Xan əmi” kitabının təqdimatını keçirib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri Yasamal rayon MKS-nın direktoru, UNESCO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova açaraq tanınmış xanəndə Xan Şuşinskinin ifaçılıq məharətindən və ona həsr edilən kitab barədə fikirlərini bölüşüb. Bildirib ki, 75 il bundan öncə, 1943-cü ildə Moskvadan Bakıya folklor sənətini tədqiq edən bir qrup musiqişünas-professor heyəti gəlir. Xan Şuşinski onlar üçün “Mahur-Hindi” muğamını oxuyanda musiqişünaslar onun güclü səsinə və geniş diapazonuna yüksək qiymət verirlər.

Sonra Xan Şuşinskiyə həsr olunmuş “Şuşa dağlarının Xanı” adlı videoçarx nümayiş olunub.

Tədbirdə akademik Telman Əliyev, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, Xalq artisti Canəli Əkbərov və başqaları çıxış edərək Xan Şuşinskinin Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.