MƏDƏNİYYƏT


“Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb

Bakı, 23 mart, AZƏRTAC

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan...” adlı rəsm müsabiqəsinin müddəti mayın 1-dək uzadılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Nəsimi yaradıcılığına həsr olunmuş rəsm əsərlərinin hazırlanması üçün vaxt baxımından daha geniş imkanın yaradılması barədə təkliflər nəzərə alınmaqla müsabiqə müddətinin uzadılması qərara alınıb.

Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini aprelin 19-dək [email protected] ünvanına göndərə bilərlər. İştirakçıların rəsmləri qəbul olunduqdan sonra nazirliyin (sosial.gov.az) “Instagram” səhifəsində yerləşdiriləcək.

Müsabiqənin şərtinə görə qalibləri “Instagram” istifadəçiləri özləri müəyyən edirlər. İstifadəçilər ilk növbədə nazirliyin sosial.gov.az “Instagram” səhifəsini, sonra isə seçdikləri rəsm əsərini bəyənməlidirlər. Ən çox bəyənilən 3 rəsmin müəllifi mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.