CƏMİYYƏT


Mənəvi Dəyərlərin Təbliği Fondu “Qurani-Kərim” hafizləri arasında müsabiqə elan edir

Bakı, 9 avqust, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Azərbaycan İlahiyyat İnstitutu və Şamaxı rayonu Göylər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Qurani-Kərim” hafizləri arasında Vətən müharibəsi şəhidi hafiz Elgün Quliyevin xatirəsinə həsr edilmiş müsabiqə elan edilir.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi Bakı, 2-ci (final) mərhələsi isə Şamaxı şəhərində keçiriləcək. 1-ci mərhələdə müvəffəqiyyət qazanmış 15 nəfər arasında final yarışması təşkil olunacaq. Finalda ən yüksək göstəricilərə malik olan 5 nəfər müsabiqənin qalibi elan olunacaq.

Qeyd edək ki, müsabiqə “Qurani-Kərim”in 30-cu cüzü əsasında təşkil olunacaq.

Müsabiqədə iştirak üçün kriteriyalar:

• Yaşı 16-dan 30-dək olan şəxslər

Müsabiqə şərtləri:

• Xətasız qiraət etmək

• Təcvid qaydalarına riayət etmək

• Gözəl oxunuşa (hüsnül-əda) riayət etmək

QEYD: Müsabiqədə iştirak etmək istəyən şəxslərdən şəxsiyyət vəsiqəsinin surətini, mobil nömrə və yaşadığı yer (yaşadığı şəhər və ya rayonun adı) haqqında məlumatları [email protected] ünvanına göndərmələri xahiş olunur.

Mükafat:

I yer – 1000 AZN

II yer – 800 AZN

III yer – 600 AZN

IV yer – 500 AZN

V yer – 400 AZN

Müsabiqəyə sənəd qəbulunun müddəti: 8–31 avqust 2022-ci il

1-ci mərhələnin keçiriləcəyi tarix: 6-8 sentyabr 2022-ci il

Final mərhələsinin keçiriləcəyi tarix: 16 sentyabr 2022-ci il

Əlaqə:

Tel: (012) 436 98 54;

Mob: 055 228 49 80

E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Ə.Naxçıvani küç., 29

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.