CƏMİYYƏT


Mənəvi Dəyərlərin Təbliği Fondu loqo müsabiqəsi elan edir

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Fondun əsas fəaliyyət istiqamətləri mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi, bu sahədə sosial layihələrin reallaşdırılması, dövlət-din münasibətləri sahəsində maarifləndirmə işinin təşkilinə yönəlib. Bununla əlaqədar, Fondun loqosunun müəyyən edilməsi məqsədilə müsabiqə elan olunur.

Müsabiqənin şərtləri aşağıdakılardır:

1. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər;

2. Loqo Azərbaycanda əsrlərboyu formalaşmış milli mənəvi dəyərlər sisteminin elementlərini, eləcə də multikulturalizm və tolerantlıq simvollarını əks etdirməlidir. Bununla yanaşı, loqoda dövlətçilik, milli kimlik, həmrəylik kimi məqamlar öz əksini tapmalıdır;

3. Müsabiqədə yalnız indiyə qədər istifadə olunmayan və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr iştirak edə bilər. Loqo dizaynları müvafiq komissiya tərəfindən qiymətləndirildikdən sonra qalib elan ediləcək;

4. Loqonun eskizi A4 formatda kağızda və ya CD disk şəklində Bakı şəhəri, Tbilisi prospekti 35 ünvanına (ASK Plaza, 4-cü mərtəbə), eləcə də PDF formatında [email protected] elektron ünvanına və ya Fondun rəsmi facebook səhifəsinə təqdim edilməlidir;

5. Müsabiqənin qalibinə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 300 AZN mükafat təqdim olunacaq (köçürmə yolu ilə);

6. Loqo nümunələrinin son təqdimetmə tarixi 25.07.2018-ci il saat 18:00-a qədərdir;

7. Müsabiqənin qalibi 2018-ci il avqustun 2-də saat 16:00-da Mənəvi Dəyərlərin Təbliği Fondunda elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.