CƏMİYYƏT


Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev və bir sıra tanınmış ilahiyyatçılar iştirak ediblər.

Mehman İsmayılov Fondun yaradılması, fəaliyyəti, gördüyü işlər və keçirdiyi tədbirlər haqqında məlumat verərək bildirib ki, qurumun başlıca fəaliyyəti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli-mənəvi dəyərlərin təbliği siyasətinin davam etdirilməsidir. İcraçı direktor Prezident İlham Əliyevin bu siyasətin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsində Fond tərəfindən keçirilməsi planlaşdırılan layihələr haqqında da danışıb.

Tədbirdə digər çıxış edənlər dövlət-din münasibətləri sahəsində görülən işlər, eləcə də ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən bəhs ediblər.

Geniş fikir mübadiləsinin aparıldığı görüşdə ilahiyyatçılar Fondun səmərəli fəaliyyəti ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun tərkibində mənəvi dəyərlərin təbliği üzrə Məşvərətçi Komitənin yaradılması qərara alınıb.

Qeyd edək ki, Məşvərətçi Komitənin fəaliyyətinə Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələr vermək, qurumun maarifləndirmə və sosial xarakterli tədbirlərində iştirak etmək, eləcə də Fondun fəaliyyətinə uyğun olaraq mənəvi sahədə elmi-sosial araşdırmaların aparılması və sorğuların keçirilməsinə yardım etmək və s. daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.