MƏDƏNİYYƏT
Mənəvi Dəyərlərin Təbliği Fondunun “Şəhid yadigarları” aksiyası davam edir
Bakı, 17 iyun, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların övladlarını sevindirmək məqsədilə təşkil etdiyi “Şəhid yadigarları” aksiyası Lənkəran şəhəri, Astara və Lerik rayonlarında davam etdirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində bir qrup Vətən müharibəsi şəhidlərinin övladlarına müxtəlif hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur. Ölkəmizin müxtəlif regionlarını əhatə edən bu aksiya şəhidlərimizin yadigarı olan gül balaların sosial müdafiəsi və mənəvi inkişafı istiqamətində fondun növbəti addımıdır. Məlumat üçün bildirək ki, aksiya “Vineyard Azərbaycan” xristian dini icmasının dəstəyi ilə davam etdirilib.