CƏMİYYƏT


Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirəcəyi tədbirlərlə bağlı müzakirələr aparılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının 2019-cu ilin fəaliyyət planı və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilib. İclasda Fondun illik fəaliyyət planı və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, Himayəçilər Şurasının sədri Salman Musayev iclasda Fondun illik fəaliyyət planının, mənəvi dəyərləri təbliğ edən şəxslərə maddi dəstəyin göstərilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin müraciətinin və Fondun xərclər smetasının layihəsinin müzakirə olunacağını qeyd edib.

Sonra Fondun icraçı direktoru Mehman İsmayılov məruzə ilə çıxış edərək qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri haqqında məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.