CƏMİYYƏT


Mənəvi Dəyərlərin Təbliği Fondunun loqosu müəyyənləşib

Bakı, 3 avqust, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən elan olunmuş loqo müsabiqəsinin qalibinin müəyyənləşdirilməsi məqsədilə yaradılmış komissiyanın iclası keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda loqo nümunələri komissiya üzvlərinə təqdim edilib və müzakirələr aparılıb. Təqdim edilən nümunələr elan edilən parametrlər üzrə qiymətləndirilib və Nicat Qəribovun təqdim etdiyi nümunə müsabiqənin qalibi seçilib.

Loqoda multikulturalizmi və tolerantlığı əks etdirən, o cümlədən 8 guşəni formalaşdıran insan formasında simvollar birlik və həmrəylik kimi dəyərləri ifadə edir. Loqonun tam mərkəzində dövlətçiliyimizin rəmzlərindən olan 8 guşəli ulduz və ulduzun mərkəzində alov şəkli yer alıb. Qalxana bənzədilmiş dairə formasındakı simvollar isə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği mənasına gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.