REGİONLAR


Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri Gəncədə yerləşən uşaq evini ziyarət edib

Gəncə, 11 aprel, Rauf Hacıyev, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri “Bir uşaq - bir ümid” layihəsi çərçivəsində Gəncədə yerləşən Uşaq Evini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Fondun nümayəndə heyəti ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Uşaq Evinin rəhbərliyi də iştirak edib.

Fondun icraçı direktoru Mehman İsmayılov uşaqları salamlayaraq bildirib ki, onlar cəmiyyətimizin gələcəyi, xalqımızın, dövlətimizin ən qiymətli sərvətidir. Bu gün uşaqların fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri, mükəmməl elmi biliklərə yiyələnmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri də uşaq evlərini ziyarət etməyi özlərinin ən ümdə vəzifələrindən biri hesab edir.

Uşaq evinin sakinləri musiqili-əyləncəli proqramla çıxış edib, öz istedadlarını göstəriblər. Maraqlı və şən musiqilərlə zəngin olan kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra balacalara hədiyyələr təqdim olunub.

Sonda Gəncə Uşaq Evinin rəhbərliyi və balaca sakinləri Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələrinə təşəkkürlərini bildiriblər.

Məlumat üçün bildirək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Bir uşaq - bir ümid” layihəsi çərçivəsində ölkədə yerləşən uşaq evlərinin ziyarət edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.