CƏMİYYƏT


Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri Türkiyədə səfərdədir

Bakı, 8 avqust, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi Türkiyə Diyanət Vəqfinin dəvəti ilə bu ölkədə səfərdədir. Bu barədə AZƏRTAC-a Dini Qurumlara İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səfərin məqsədi Türkiyə Diyanət Vəqfi və Mənəvi Dəyərlərin Təbliği Fondu arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirəsi, təcrübə mübadiləsinin aparılması, eyni zamanda, bu istiqamətdə digər faydalı görüşlərin keçirilməsidir.

Avqustun 7-dən 11-dək davam edəcək səfər çərçivəsində ilk görüş Türkiyə Diyanət Vəqfində baş tutub. Görüşdə Vəqfin müxtəlif şöbələrinin məsul şəxsləri qurumun strukturu və fəaliyyət istiqamətləri haqqında məlumat verib, mənəvi dəyərlərin qorunması, təbliği sahəsində əməkdaşlığın önəmini vurğulayıblar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru bildirib ki, qurumun başlıca fəaliyyəti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli mənəvi dəyərlərin təbliği siyasətinin davam etdirilməsidir. O, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsində Fond tərəfindən həyata keçirilən tədbirlər, planlaşdırılan layihələrdən söz açıb. Həmçinin iki qurumun əməkdaşlıq üçün geniş potensialının mövcudluğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.