ELM VƏ TƏHSİL


“Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda konfrans keçirilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda konfrans keçirilib.

Fondun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı məktəbliləri arasında təşkil olunmuş “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin nəticələrinin də elan olunduğu konfransda Fondun rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müsabiqədə iştirak edən məktəblilər, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov məktəblilərin milli ruhda tərbiyəsi, Azərbaycan tarixi və mədəniyyəti, adət-ənənələrimiz və dəyərlərimiz barədə biliklərinin artırılması və ümumiyyətlə, müvafiq mövzularda özlərini ifadəetmə bacarıqlarının inkişafı baxımından bu cür müsabiqələrin böyük əhəmiyyəti olduğunu qeyd edib. Bildirib ki, Fond gələcəkdə də məktəblilərlə belə maarifləndirici layihələri həyata keçirmək niyyətindədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Afiq Əzizov müsabiqənin məktəblilərin təhsilə maraqlarını daha da artıracağını bildirərək, gələcəkdə belə tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Bu qurumun digər nümayəndəsi Rövşən Əliyev mənəvi dəyərlərin mahiyyətindən danışıb, məktəblilərin dəyərlərimizi dərindən bilmələrinin vacibliyini qeyd edib.

Sonra münsiflər heyətinin seçiminə əsasən qaliblərin adları açıqlanıb. Müsabiqənin nəticələrinə görə 1-ci yerə Bakı şəhər 287 saylı “Zəkalar” liseyinin 9-cu sinif şagirdi Əsmər Samir qızı Ağamirzadə layiq görülüb. Sonda qaliblər mükafatlandırılıb, onlara diplom və sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.