CƏMİYYƏT


“Mənəvi dəyərlərimiz sosial kimliyin formalaşmasının zəminidir” mövzusunda seminar keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC

“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək (MDİD) İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib gələn “Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər” layihəsi çərçivəsində İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin (ETM) birgə təşkilatçılığı ilə Mərkəzin rəhbəri, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov və ETM-nin aparıcı elmi işçisi, MDİD İB-nin sədri Yeganə Mirzəyevanın təqdimatında “Mənəvi dəyərlərimiz sosial kimliyin formalaşmasının zəminidir” seminarı keçirilib. Seminarda müxtəlif universitetlərdən tələbə və pedaqoq heyəti iştirak ediblər.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə professor Əsədulla Qurbanov mənəvi dəyərlərdən söhbət açıb, sosial məsuliyyətin ən əsas mənəvi dəyər olduğunu vurğulayıb. Sosial sahibkarlıq islam ticari dünyasının ana xətlərindən biridir. Sosial sahibkarlığın bünövrəsi olan sosial məsuliyyət, dəyər yaratmaq, yenilikçi və yaradıcı təfəkkür islamın təməl dəyərləri olmaqla, sosial kimliyin birbaşa təşəkkül zəminidir.

Sosial sahibkarlıq anlayışı cəmiyyətin rifahı naminə, faydalılıq adına mövcud problemlərin həll yolunu mənəvi dəyərlərlə bərabər sahibkarlıq fəaliyyətində görür. Mənəvi dəyərlərin fərdi təkamüldən sosial kimliyə təşəkkülü insanın məsuliyyətinin formalaşması ilə baş verir, beləliklə, sosial məsuliyyət hissi ilə aşılanan sosial sahibkar insanların sosial rifahının ticari yollarla həllinə çalışır. Məhz sahibkarlığın sosial məsuliyyətlə mayalanması, aşılanması dünyanın sosial rifahıdır. “Cığır” İB tərəfindən Əsədulla Qurbanov mənəvi dəyərlərin inkişafında göstərdiyi xidmətlərə görə Təşəkkürnamə ilə təltif olunub. Tədbirdə “Cığır” İB-nin sosial sahibkarlıq layihələrinin məhsullarının təqdimatı da keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.