MƏDƏNİYYƏT


“Mənim Bakım” adlı yeni layihəyə start verilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) mədəniyyətimizin, tarixi-mədəni irsimizin təbliği məqsədilə yeni “Mənim Bakım” layihəsinə start verir. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır.

İdarədən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar kitabxana ilk olaraq Bakının ürəyi, açıq səma altında muzey olan İçərişəhər haqqında həm Azərbaycan, həm də rus dilində hazırlanan “İçərişəhər haqqında”, “İçərişəhər filmlərdə”, “İçərişəhərin məhəllələri” adlı videoçarxlar hazırlayıb.

Videoçarxlar kitabxananın “Instagram” və “Facebook” sosial şəbəkə hesablarında izləyicilərə təqdim olunub. Təqdim olunan videoçarxlar, həmçinin Binəqədi rayon MKS-nin “YouTube” kanalında da yayımlanıb.

Layihə çərçivəsində İçərişəhərin tarixi, mədəni həyatı haqqında mütəmadi silsilə videoçarxlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.