CƏMİYYƏT


“Mənim Parlamentim” layihəsinə başlanılıb

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də ADA Universitetinin tələbə təşkilatı və “Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Mənim Parlamentim – My Parliament” layihəsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, “Mənim Parlamentim” layihəsinin məqsədi gəncləri Azərbaycan Respublikası Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri də nəzərdə tutulub.

Layihənin ilk qonağı Milli Məclisin deputatı Vüsal Hüseynov olub. ADA Universitetində keçirilən görüşdə V.Hüseynov Milli Məclisin fəaliyyəti ilə bağlı tələbələrə geniş məlumat verib. V.Hüseynov, həmçinin Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin gələcək fəaliyyəti ilə əlaqədar fikirlərini və tövsiyələrini tələbələrə bildirib, gənclərin suallarını cavablandırıb.

Qeyd edək ki, “Avropa Gənclər Parlamenti” Avropanın 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.