CƏMİYYƏT
“Mənim Prezidentim” gənclərin təşəbbüs qrupu yeni kampaniyaya başlamışdır VİDEO
Bakı, 9 sentyabr (AZƏRTAC). Sentyabrın 9-da “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupu “Park Bulvar” ticarət və əyləncə mərkəzində növbəti kampaniyaya başlamışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupunun təsisçiləri və respublikanın tanınmış simaları çıxış edərək yeni kampaniya haqqında məlumat vermişlər.
Bildirilmişdir ki, sentyabrın 9-dan “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində başlamış kampaniyanın məqsədi Azərbaycanda son illər görülmüş işlərin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaqdır.
Vurğulanmışdır ki, kampaniya çərçivəsində “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupu tərəfindən bir sıra məşhur insanlarla görüşlər keçiriləcək, fotosərgi və müxtəlif viktorinalar, müsabiqələr təşkil ediləcəkdir.
Diqqətə çatdırılmışdır ki, “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupunun fəaliyyəti ilə bağlı yeni məlumatlar əldə etmək və qrupa qoşulmaq üçün fb.com/mypresident.az səhifəsinə və www.mp2013.az səhifəsinə daxil ola bilərlər.
Tədbirdə maraqlı viktorina təşkil edilmiş, qaliblərə hədiyyələr təqdim olunmuşdur.