MƏDƏNİYYƏT
“Mənim ana dilim” adlı videoçarx hazırlanıb
Bakı, 1 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar videoçarx təqdim edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şöbənin hazırladığı “Mənim ana dilim” adlı videoçarxda 2001-ci il avqustun 1-dən ölkəmizdə kiril qrafikasından latın qrafikasına keçid barədə məlumat verilib: “Bu tarix ümummilli lider Heydər Əliyevin Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında 2001-ci il 9 avqust Fərmanına əsasən hər il qeyd olunur. Ana dili bizi daxilən qüdrətləndirən, varlığı ilə gözəlləşdirən və saflaşdıran sərvətdir”.
Daha sonra videoçarxda Xalq şairi Bəxtiyar Vahabzadənin “Mənim ana dilim” adlı şeiri səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]