CƏMİYYƏT


“Mənim bayrağım” mövzusunda inşa-yazı və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb

Bakı, 9 noyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bakının orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Mənim bayrağım” mövzusunda inşa-yazı və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Gəncliyə Yardım ‎Fondunun prezidenti Ahmet Tecim, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Baş İdarənin rəis müavini Aydın Yusifov, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Hüseynov, şair Vahid Əziz, valideyn və müəllimlər iştirak ediblər.

Tədbirdə bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən uğurlu milli dövlət quruculuğu siyasəti nəticəsində vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanması həmişə diqqət mərkəzində saxlanılır.

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üç rəngli bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub, bir qədər sonra 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib.

Sonda Bakının orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilmiş inşa yazı və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.