Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Mənim də silahım nəğmələr idi” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 27 iyul, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərin milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında formalaşması işinə həmişə böyük önəm verər və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi üçün səylərini əsirgəməzdi. Ulu Öndərə görə milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi, ədəbiyyat və incəsənətimizi yaxşı bilməyən, ondan bəhrələnməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni, ölkəni, torpağı, dilimizi, dinimizi, milli ənənələrimizi sevməlidir. Onları sevə bilməyən, özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcək və şübhəsiz ki, cəmiyyətdə, ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında, onun təhlükəsizliyinin təminatçısı olan Ordumuzda Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edə bilməyəcək.

Tarix boyu dünya ordularında, eləcə də Azərbaycan Ordusunda döyüşçünün fiziki sağlamlığı, iradi keyfiyyətləri, peşəkarlıq qabiliyyəti, taktiki vərdişlərə yiyələnməsi, istifadə edəcəyi silahların müasirliyi ilə yanaşı, onun döyüş ruhu, vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığının hansı səviyyədə olması da şərtləndirici amillər kimi nəzərə alınıb.

İstər döyüşqabağı, istərsə də döyüşlərdə şairlər, aşıqlar zaman-zaman öz xeyir-duaları, söz və ifa etdikləri cəng havaları ilə igidləri düşmən üzərində qələbə çalmağa ruhlandırıb, onların şücaətinə, qəhrəmanlığına dastanlar bağlayıb, şan-şöhrətlərini el-obaya yayıblar.

Folklorumuza, etnoqrafiyamıza, qəhrəmanlıq dastanlarımıza nəzər salsaq görərik ki, xalq qəhrəmanlarımız bir əlində qopuz, saz, bir əlində isə qılınc, şeşpər savaş meydanına atılıb. Bəzən hərbə-zorbaları ilə düşməni elə sındırıb ki, qılıncı işə salmağa belə ehtiyac duyulmayıb.

İkinci Dünya müharibəsi illərində təkcə “Müqəddəs müharibə” mahnısı minləri, milyonları bir bayraq altına toplamadımı?! Xalq şairi Səməd Vurğunun “Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən!”, “Çiçək vaxtı deyil indi, barıt vardır havalarda”, “Qoy hər sözün ciyəriylə nəfəs alsın bir qəhrəman” misraları, Üzeyir Hacıbəylinin, Səid Rüstəmovun musiqi əsərləri, Bülbülün, Xan Şuşinskinin ifa etdikləri mahnılar müharibənin ilk günündən döyüşən ordunu qələbəyə ruhlandırmırdımı?!

Azərbaycan Ordusunun əsgər və zabitlərinin döyüş ruhu, vətənpərvərlik hissi yüksəkdir. Məhz onları zəfərdən-zəfərə, zirvədən-zirvəyə aparan bu hiss, bu duyğu idi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə qazanılan möhtəşəm Qələbədən danışarkən əsgər və zabitlərimizin döyüş ruhunun, vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu dəfələrlə qeyd edib.

İşğaldan azad edilən Kəlbəcər rayonuna səfəri çərçivəsində əməliyyat komando hərbi hissəsinə Döyüş Bayrağı təqdim edərkən Müzəffər Ali Baş Komandan birmənalı olaraq demişdir: “Vətən müharibəsində qazanılan Qələbənin başlıca amili milli ruh, ləyaqət və Vətənə sevgi idi”.

Hər bir Vətən əsgərində milli ruhun, ləyaqət və Vətən sevgisinin aşılanmasında ədəbiyyat və incəsənət xadimlərinin müstəsna xidmətləri vardır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Mənim də silahım nəğmələr idi” adlı vətənpərvərlik tədbirində ətraflı söhbət açılıb, Zəfər nəğmələri və Qələbəyə ruhlandıran şeirlər səsləndirilib.

Tədbir klassik musiqimizin korifey sənətkarlarından olan dünyaşöhrətli bəstəkar Qara Qarayev kimi bir sənət dahisindən dərs almış Azad Zahidin 65 illik yubileyinə təsadüf etdiyindən bu vətənpərvərlik mərasimi onun yaradıcılığına həsr olunub.

Tədbir ulu öndər Heydər Əliyevin və şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin ifası ilə başlanıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bəstəkarla iş birliyindən danışıb. Azad Zahidin xalqımız və Ordumuzun şəxsi heyəti tərəfindən rəğbətlə qarşılanan və dillər əzbəri olan vətənpərvərlik nəğmələrinin, hərbi marşlar və qəhrəmanlıq balladalarının ordu gənclərinin döyüş ruhunun yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

Qeyd olunub ki, hələ tələbəlik illərindən musiqi yaradıcılığı ilə nəinki respublikamızda, eləcə də sovet musiqiçiləri arasında seçilən Azad Zahid neçə-neçə irihəcmli simfonik, vokal əsərin, fortepiano və simli kvartet üçün konsertlərin, Azərbaycanda, Moskvada və Dağıstanda yayımlanan 200-dən çox radioverilişin müəllifidir. Bu əsərlərin içərisində bəstəkarın yaradıcılığının əsas istiqamətini vətənpərvərlik mövzusunda yazdığı musiqi əsərləri təşkil edir. O, hər zaman dövlətinə, xalqına sədaqətlə xidmət edən musiqiçidir. “Xocalı yol gözləyir” rekviem-kompozisiyası, “Kül altından boy atacaq Xocalı” televiziya tamaşası, “İlhamlı günləri Azərbaycanın”, “Həzilər yetirən Vətən torpağı”, “Azərbaycan əsgəri”, “Biz gəlirik, Qarabağ”, “Lələtəpə fatehləri”, “Aprel Zəfəri”, “Qəhrəman Tərtərim”, “Bayraqtəpə qartalları”, “Qələbəyə gedən yollar”, “Qalib sərkərdəsi Azərbaycanın”, “Vətən, sənin şəhidlərin”, “Günnüt Zəfəri”, “Horadiz halayı”, “Zəfər nəğməsi”, “Müzəffər Ordumuz” kimi vətənpərvərlik mahnıları, hərbi marşlar və qəhrəmanlıq balladaları həm xalqımız, həm də Ordumuzun şəxsi heyəti tərəfindən sevilir və hər dəfə dövlət tədbirlərində, konsertlərdə, efir və ekranlarda ifa edilərkən böyük maraqla qarşılanır.

Nəzərə çatdırılıb ki, Azad Zahid 20 ildən çoxdur Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir, təmənnasız yazdığı musiqi əsərləri ilə Azərbaycan əsgərinin döyüş ruhunun, Vətən sevgisinin daha da yüksəldilməsi üçün səylərini əsirgəmir.

Tədbirdə Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov çıxış edərək Azad Zahidi Müdafiə Nazirliyinin rəhbərliyi adından 65 illik yubileyi münasibətilə təbrik edib və onun Azərbaycan Respublikasının Prezidenti adından müdafiə nazirinin əmri ilə “Hərbi əməkdaşlıqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalını bəstəkara təqdim edib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun yaxın dostu, vətənpərvər musiqiçi Azad Zahidə ünvanlanan təbrik məktubu oxunub.

Təbrik məktubunda qeyd edilir ki, Azad Zahidin gündən-günə tərəqqi edən Vətənimizə, müstəqil dövlətimizə, Müzəffər Ali Baş Komandana, eləcə də qüdrətli Azərbaycan Ordusuna, unudulmaz şəhidlərimizə, mübariz əsgər və qazilərimizə həsr etdiyi musiqi əsərləri hərbi qulluqçularımızın döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik duyğularının daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.

Müdafiə naziri əmin olduğunu bildirir ki, bundan sonra da bəstəkarın yaradacağı yeni-yeni vətənpərvərlik mahnıları və hərbi marşlar Azərbaycan əsgərini zəfərdən-zəfərlərə, zirvədən- zirvələrə gedən yollarda daha da ruhlandıracaq.

Bəstəkar Azad Zahid göstərilən diqqətə, səmimi münasibətə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Vətən müharibəsində qazanılan Qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, qətiyyətli sərkərdəmizin hücum diplomatiyasının, dəmir yumruğunun qələbəsidir. Müharibə başlanan ilk gündən mənim də silahım nəğmələrim oldu. Fəxr edirəm ki, bu möhtəşəm Qələbənin qazanılmasında az da olsa, mənim də xidmətim olub. Bu, mənim vətəndaşlıq borcumdur. Bu gündən sonra da Müzəffər Ali Baş Komandanın əsgəri olaraq öz yaradıcılığımla xalqıma, dövlətimə və qalib Azərbaycan Ordusunun igid əsgərlərinə xidmət edəcəyəm”.

Əməkdar jurnalist Rəşid Faxralının yubilyara həsr etdiyi şeir bəstəkara duyğulu və qürurverici anlar yaşadıb.

Tədbirdə bəstəkarın Abdulla Qurbaninin sözlərinə yazdığı ondan çox vətənpərvərlik mahnısı ifa edilib. Tamaşaçılar Xalq artisti Gülyaz Məmmədovanın, Əməkdar artistlər Cahangir Qurbanovun, Ehtiram Hüseynovun və başqalarının çıxışlarını, o cümlədən Azərbaycan Ordusu Sənədli və Tədris Filmləri Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladıqları videoçarxları maraqla izləyiblər.

Şəhid mayor Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra xanım və oğlu Əli çıxış edərək hər dəfə Azad Zahidin şəhidlərimizin xatirəsinə, qazi və xidmətdə olan qəhrəman döyüşçülərimizin şərəfinə yazdığı əsərləri dinlədikcə həm təsəlli tapdıqlarını, həm də böyük qürur hissi keçirdiklərini bildirib və bəstəkara yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

“Mənim də silahım nəğmələr idi” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq