MƏDƏNİYYƏT


“Mənim yay tətilim-2017” rəsm müsabiqəsi başa çatıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində elan edilən “Mənim yay tətilim-2017” adlı respublika uşaq müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.

15 yaşadək fırça ustalarının qatıldığı müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlərə üstünlük verilib. Yaxın vaxtlarda toplanmış əsərlərdən ibarət sərginin açılacağı nəzərdə tutulur. Qaliblər diplom və müxtəlif mükafatlarla təltif ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.