MƏDƏNİYYƏT


“Mənim yay tətilim-2018”in yekun sərgisi açılacaq

Bakı, 31 oktyabr, AZƏRTAC

Noyabrın 6-da Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim-2018” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzin direktoru Zahid Əvəzov AZƏRTAC-a bildirib ki, müsabiqəyə 700-dək uşaq, 1700 əsəri ilə qatılıb. Müsabiqənin ikinci turuna 12 yaşa qədər 150 uşaq 160 işi və 12-17 yaşarası 140 uşaq isə 145 işi ilə qatılacaq.

Müsabiqə Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətil xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.

Müsabiqənin məqsədi tətil ərzində yadda qalan, onların diqqətini çəkən, hadisə və məkanları, fiqur və ya epizodları uşaq və yeniyetmələrin təqdimatında tablo üzərində görməkdir.

Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.