MƏDƏNİYYƏT


“Mənim yay tətilim-2019” rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Xətai Sənət Mərkəzi tərəfindən elan olunan “Mənim yay tətilim-2019” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışından öncə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək müsabiqəlinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqəyə respublika üzrə 800-ə yaxın uşaq, 1400-ə qədər əsəri ilə elektron qaydada müraciət edib. Sərgiyə birinci turdan keçmiş 12 yaşa qədər 150-dən çox uşaq 160, 12-17 yaşarası 140-dək uşaq isə 150-dək əsəri ilə qatılıb. Həmçinin bu sərgidə Naxçıvan Muxtar Respublikasında təşkil olunmuş eyniadlı müsabiqədən 20 uşağın 25 əsəri yer alıb.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov deyib ki, Mədəniyyət Nazirliyinin təsviri sənət bölməsinin elmi işçisi Bəxtiyar Qılıncov, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin əməkdaşı Azər Rəhimov və Əməkdar rəssam Rəfael Muradov çıxış edərək sərginin önəmini vurğulayıb, qalibləri təbik ediblər.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. “Nəsimi ili” çərçivəsində keçirilən müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil olunub.

Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.