MƏDƏNİYYƏT


“Mənim yay tətilim-2020” Uşaq Rəsm Müsabiqəsinə yekun vurulub

Bakı, 18 noyabr, AZƏRTAC

Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan edilən “Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, ümumilikdə müsabiqəyə Azərbaycanın müxtəlif guşələrindən iki yaş kateqoriyası üzrə-12 yaşa qədər və 12-17 yaşarası 600-ə yaxın uşaq və yeniyetmə əsər göndərib. Müsabiqənin yekunu olaraq seçilmiş əsərlərdən ibarət onlayn sərgi açılıb. Əsərlərin müəllifləri diplomlar və fəal tədris mərkəzləri isə təşəkkürnamə ilə təltif olunublar.

Onlayn sərgini https://www.yumpu.com/xx/document/read/64860651/menim-yay-tetilim-2020 linkinə daxil olmaqla və ya www.azgallery.az və www.xsm.az saytları vasitəsilə izləmək mümkündür.

Müsabiqəyə AZƏRTAC da informasiya dəstəyi verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.