CƏMİYYƏT


Mənsum İbrahimov: Azərbaycanda hər kəs bu Vətənin müsəlləh əsgəridir

Bakı, 28 sentyabr, AZƏRTAC

Vətənin bu günlərində heç kim kənarda qalmamalı, hər kəs dövlətimizə və ordumuza əlindən gəldiyi qədər dəstək verməlidir. Qoy düşmən bilsin ki, bizə qarşı atdığı hər bir məkrli addım cavabsız qalmayacaq. Qoy düşmən bilsin ki, bu torpaq şəhid olmuş hər bir əsgərin, gizirin, zabitin yerinə yüzünü, minini yetişdirəcək. Qoy bütün dünyaya agah olsun ki, Azərbaycanda kimliyindən asılı olmayaraq hər kəs bu Vətənin müsəlləh əsgəridir. Biz qanla yoğurulmuş bu torpağı şərəfsiz və murdar məxluqlara nə təslim edər, nə də onları rahat yaşamağa qoyarıq!

Azərbaycan Prezidentinin qətiyyətli addımları sayəsində tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycan növbəti dəfə Ermənistan silahlı birləşmələrinin hücumuna cavab olaraq öz haqq savaşına, ərazi bütövlüyünün təmin olunmasına ciddi qərar verib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bizim müqəddəs borcumuzdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış xanəndə, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov deyib.

“Şanlı Ordumuz düşmənə layiqli cavab verərək onların təxribatının qarşısını almağa müvəffəq olub. Nəhayət ki, uzun illərin gözləntisindən sonra 27 sentyabr səhərini xoş müjdəli xəbərlə açdıq. Şanlı Ordumuz mənfur düşmənin cəbhəboyu çoxsaylı təxribatlarına cavab olaraq, əks-həmləyə keçib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətlə dediyi “Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”,- fikri hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi doğurur. İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə tezliklə bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaq”,-deyə Xalq artisti vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.