MƏDƏNİYYƏT


Mənsum İbrahimov: Muğam və “Səma” rəqsi bir-birinə çox yaxın musiqi nümunələridir

Ankara, 7 dekabr, AZƏRTAC 

Muğam ilə “Səma” rəqsləri eyni qəbildən olan musiqi nümunələridir. Muğam insan ruhunu rahatlatdığı kimi “Səma” rəqsi tamaşaçının qəlbini dincəldir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında görkəmli xanəndə, Xalq artisti, “Qarabağ” muğam qrupunun rəhbəri Mənsum İbrahimov deyib. Xanəndə bildirib ki, Cəlaləddin Ruminin banisi olduğu Mövləvi təriqətinə görə, dövrə vuran səmazənlərin müqəddəs “Səma” rəqsi insanların Allaha qovuşması mənasını ifadə edir. Ankarada məşhur Konya səmazənlərinin ifası ilə Azərbaycan muğamının bir salonda səsləndirilməsi bir daha Azərbaycan və Türkiyənin mədəni zənginliyinin nümayişi oldu.

Qeyd edək ki, muğam ilə “Səma” rəqsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinin onuncu ildönümü münasibətilə dekabrın 4-də Ankarada təşkil olunan təntənəli mərasim çərçivəsində “Qarabağ” muğam qrupu ilə “Səma” rəqs qrupu eyni konsertdə çıxış ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.