ELM VƏ TƏHSİL


Mənzərəli meteor yağışı bu həftə gecə səmasını işıqlandıracaq VİDEO

Mənzərəli meteor yağışı bu həftə gecə səmasını işıqlandıracaq   VİDEO

Bakı, 11 avqust, AZƏRTAC

Astronomların sözlərinə görə, bu il Perseida meteor axını gecə səmasını bəzəyəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, bu səma şousu avqustun 12-dən 13-nə keçən gecə öz pik nöqtəsinə çatacaq. Kosmik hadisə səmada bir saat ərzində təxminən 100 sayda “düşən ulduz” kimi təzahür edəcək və Yer kürəsinin bütün guşələrindən aydın müşahidə olunacaq.

Ekspertlər bildiriblər ki, meteorların işıqlanmasını müşahidə etməyə Ayın işığı mane olmayacaq. Çünki gecə səmasının şahzadəsi bu zaman təzə aya, yəni öz "tünd" fazasına yaxınlaşacaq. Meteor axınını heç bir optik cihaz olmadan müşahidə etmək mümkün olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.