Mənzil İnşaatı Dövlət Agentliyi və tabeliyindəki “MİDA” MMC-də vətəndaşların qrup və fərdi formada qəbulu təxirə salınır
AzerTAg.az
Bakı, 19 mart, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığı əsasında Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) və onun tabeliyində olan “MİDA” MMC-də vətəndaşların qrup və fərdi formada qəbulu təxirə salınır.
Bu barədə AZƏRTAC-a MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Qeyd olunub ki, bununla yanaşı, vətəndaş müraciətlərinin qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.
Vətəndaşlar agentliyin rəsmi “[email protected]” elektron poçt ünvanına müraciət edə, həmçinin (012) 505 65 37/38 nömrələrinə zəng edə bilərlər.

Xəbərin mətnində orfoqrafik səhv var