CƏMİYYƏT


Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşları 6 min ağac əkiblər

Bakı, 6 dekabr, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşularaq ağacəkmə aksiyası keçirib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, aksiya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində MİDA-nın ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksinin ətrafında təşkil olunub.

Mənzil İnşaatı Dövlət Agentliyi və onun tabeliyində olan “MİDA” MMC-nin ümumilikdə 200-dən çox əməkdaşı 6 min Eldar şamı, küknar və müxtəlif növ meyvə ağacları əkib, ərazidəki bitkilərə qulluq göstərib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırma işləri aparıblar.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, ətraf mühitin, yaşıllıqların qorunması, əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə daim xüsusi diqqət yetirilir. Belə bir təşəbbüsün həyata keçirilməsi dahi şairin xatirəsinin əbədiləşdirilməsinə töhfə verməklə yanaşı, ölkə vətəndaşlarını, xüsusilə gənc nəsli Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması, ətraf mühitin qorunması və yaşıllıqların artırılması işində birgə fəaliyyətə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.