CƏMİYYƏT
Mənzil və fərdi evlə təminat proqramı son üç illə müqayisədə 5 dəfəyə yaxın genişləndirilir
Bakı, 1 mart, AZƏRTAC
Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olanlara 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə əvvəlki illə müqayisədə 70 faizə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib.
2021-ci ildə isə 2018-ci ilə nisbətən bu proqram 5 dəfəyə yaxın genişlənəcək. Bu il 3 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim ediləcək.
Ümumilikdə indiyə qədər 9200-dək mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.