İQTİSADİYYAT


Mənzil və kommunal təsərrüfatı xərcləri üçün dövlət  büdcəsindən 457,4 milyon manat vəsait ayrılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Mənzil və kommunal təsərrüfatı xərcləri üçün gələn ilin dövlət büdcəsindən 457,4 milyon manat vəsait ayrılıb. Bu, 2017-ci illə müqayisədə 153,2 milyon manat və ya 50,4 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Həmin vəsaitin 133,8 milyon manatı və ya 29,3 faizi rayon və şəhərlərdə mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsinə, kommunal və abadlıq işlərinin həyata keçirilməsinə yönəldiləcək.

Mənzil və kommunal təsərrüfatı xərcləri üzrə ayrılmış vəsaitin, əsasən kommunal, kommunikasiya xidmətləri, yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidən qurulması, abadlaşdırılması, yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu işlərinin yerinə yetirilməsi ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.