Mənzillərdə avtonom tüstü xəbərvericiləri quraşdırılmalıdır
AzerTAg.az
Bakı, 14 dekabr, AZƏRTAC
Binada avtomatik yanğın siqnalizasiyası olduğu halda gözətçi otağında, mənzildənkənar dəhlizlərdə və tullantı qəbuledici kameralarda tüstü xəbərvericiləri quraşdırılmalıdır.
AZƏRTAC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadla xəbər verir ki, bu barədə komitənin kollegiyası tərəfindən təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda bildirilib.
Sözügedən normalara əsasən, hündürlüyü 28 metrdən çox olan binalarda mənzillərin girişlərində istilik xəbərvericiləri, həmçinin mənzillərin və yataqxanaların yaşayış otaqlarında (sanitar qovşaqları, saunalar, paltaryuma otaqları istisna olmaqla) avtonom tüstü xəbərvericiləri quraşdırılmalıdır.
Mənzillərdə tüstü xəbərvericiləri quraşdırılarkən, avtonom xəbərvericilərin avtomatik yanğın siqnalvericiləri kimi istifadə edilməsinə yol verilir.

Xəbərin mətnində orfoqrafik səhv var