İQTİSADİYYAT


Mənzillərdə yaşayış otaqları və yardımçı sahələrə dair normalar açıqlanıb

Bakı, 13 dekabr, AZƏRTAC

Özəl mənzil fonduna aid yaşayış binalarındakı mənzillərin sahəsi, otaqların sayı və tərkibi sifarişçi tərəfindən müəyyən edilir.

AZƏRTAC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadla xəbər verir ki, bu barədə komitənin kollegiyası tərəfindən təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda bildirilib.

Məlumata əsasən, mənzillərdə yaşayış otaqları və yardımçı sahələr - mətbəx (və ya taxça-mətbəx), holl, vanna otağı (və ya duş), tualet və ya birləşdirilmiş sanitar qovşağı, eləcə də divar təsərrüfat şkafı nəzərdə tutulmalıdır.

Normalara əsasən birotaqlı mənzildə ümumi otaq - 15 kvadratmetrdən, birotaqlı mənzillərin girişində qarderob – 2,5 kvadratmetrdən, iki və daha çox otaqlı mənzillərdə ümumi otaq 16 kvadratmetrdən, yataq otağı 8 kvadratmetrdən, mətbəx 8 kvadratmetrdən, mətbəx-yemək otağında mətbəx zonası 6 kvadratmetrdən, həmçinin yaşayış otaqlarının və mətbəxin hündürlüyü isə 2,7 metrdən az olmamalıdır.

Birotaqlı mənzillərdə sahəsi 5 kvadratmetrdən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.