İQTİSADİYYAT


Mənzillərin qeydiyyatı üzrə növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanları açıqlayıb.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 28-i Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 586 saylı məhəllə, (Yeni ünvan sisteminə görə Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 259), oktyabrın 30-da isə Xətai rayonu, M.Hadi küçəsi, 2944A (Yeni ünvan sisteminə görə Xətai rayonu, Ç.Kərimov küçəsi, 92) ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa edilən səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.