İQTİSADİYYAT


Məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan "Banklar və Biznes" qəzeti və "Yapı Kredi Bank Azərbaycan" QSC-nin təşkilati dəstəyi ilə keçirilən və Həsən bəy Zərdabinin anım gününə həsr olunmuş "Məsuliyyətli borclanma" məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, birinci yerə Fərqanə Qafarova, ikinci yerə Aydın Səlimli, üçüncü yerə isə Camal Nağıyev çıxıb. Birinci yeri tutmuş iştirakçıya 500 manatlıq kupon, ikinciyə 300 manatlıq, üçüncüyə isə 200 manatlıq kupon verilib.

Həmçinin ilk 8 yeri tutmuş tələbələrə sertifikat və "Yapı Kredi Bank Azərbaycan" QSC tərəfindən müxtəlif hədiyyələr təqdim edilib və QSC-nin təcrübə proqramında iştirak etmək imkanı yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.