DÜNYA
“Meqi” qasırğası Çinin şərq sahillərinə çatıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Çinin şərq sahilləri güclü “Meqi” qasırğasının təsirinə məruz qalıb. Zərbənin əsas gücü Syuançjou şəhərinə dəyib. Burada küləyin sürəti saatda 120 kilometrə çatıb. Meteoroloqlar güclü leysan yağışlarının yağacağını bildirirlər.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hökumət sahilyanı ərazilərdə yaşayan və işləyən 120 min insanı təxliyə edib, 30 mindən çox balıqçı qayığı limanlara qayıdıb. Təbii fəlakət səbəbindən onlarla aviareys təxirə salınıb, regionda üçüncü təcili reaksiya səviyyəsi elan olunub.
Xatırladaq ki, sentyabrın 27-də “Meqi” qasırğası Tayvan adasında 4 nəfərin ölümünə, 270 nəfərin isə xəsarət almasına səbəb olub. Hadisə ilə əlaqədar təxminən 350 sərnişin və yük aviareysi ləğv edilib, paytaxt metrosu və avtobuslar işini dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [14:41]
Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb
- 18.04.2024 [14:13]
Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək
- 18.04.2024 [13:49]
Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır
- 18.04.2024 [13:44]
Britaniyalı deputat haqqında araşdırma başlayıb
- 18.04.2024 [13:39]
Fransada insan hüquqları açıq şəkildə tapdalanır
- 18.04.2024 [13:16]
“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb
- 18.04.2024 [12:52]
Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir
- 18.04.2024 [12:43]