DÜNYA


Mərakeş ABŞ ilə Afrika arasında strateji körpü rolu oynaya bilər

Rabat, 27 iyul, AZƏRTAC

Mərakeş özünün dinamik və uğurlu inkişafı, habelə Afrika qitəsinə dərindən bələd olması sayəsində ABŞ ilə Afrika iqtisadiyyatları arasında strateji körpü rolunu öz üzərinə götürə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qlobal Siyasət İnstitutunun Amerika Analitik Mərkəzi tərəfindən hazırlanmış “Afrikada biznesin yolu Mərakeşdən keçir” adlı məruzədə əks olunub.

Analitik Mərkəzin rəhbəri Paolo fon Şirax qeyd edir ki, iyulun 19-22-də Mərakeşdə təşkil edilmiş 14-cü ABŞ-Afrika biznes sammitinin keçiriləcəyi məkan kimi Mərakeşin seçilməsi heç də təsadüfi deyil. Mərakeş, xüsusən öz bankları və investisiya fondları vasitəsilə Afrika qitəsində güclü təsirə malikdir.

Mərakeş ilə ABŞ arasında sərbəst ticarət haqqında saziş bağlanıb. Amerikanın “Minilliyin çağırışları” korporasiyası isə bu yaxınlarda öz perspektivli şirkətlərinin yerləşdirilməsi üçün yeni sənaye parklarının maliyyələşdirilməsi barədə Mərakeş hökuməti ilə saziş imzalayıb.

Beləliklə, Analitik Mərkəzdə əmindirlər ki, Mərakeş Amerikadan daha çox investisiya cəlb etməyə və Afrika qitəsi ilə ABŞ-ın iqtisadiyyatları üçün özünəməxsus görüş yeri rolu oynamağa qabildir.

Sosial-iqtisadi inkişafın stimullaşdırılması üzrə çoxillik ciddi səyləri sayəsində bu gün Mərakeş müasir sənaye parklarına, politexnik universitetlərə və işçi qüvvəsinə malik, gəlirləri orta səviyyədə olan ölkədir.

Ümumdünya İqtisadi Forumu Mərakeş iqtisadiyyatını Şimali Afrikada ən yüksək rəqabət qabiliyyətinə malik olan iqtisadiyyat kimi qiymətləndirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.