REGİONLAR
Mərakeş Krallığının səfiri: Füsunkar təbiətinizə heyran qaldım VİDEO
Qax, 22 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Təsəvvür edə bilməzdim ki, Şəki və Qax bölgəsi bu qədər gözəl ola bilər. Bölgə ilə tanışlıq zamanı füsunkar təbiətinizə heyran qaldım.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş Qaxda jurnalistlərə müsahibəsində deyib.
Mərakeşin də turistlər üçün cəlbedici olduğunu, hər il ölkəsinə milyonlarla turistin gəldiyini vurğulayan səfir deyib: “İstərdik ki, ölkələrimiz arasında əlaqələr, əməkdaşlıq bütün sahələrdə inkişaf etsin. Mərakeşdən Azərbaycana çoxlu turistlər gəlsin və onlar bu gözəllikləri öz gözləri ilə görsünlər”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən fevralın 20-21-də ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin və xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunub.