DÜNYA


Mərakeş Liksus xarabalıqlarını yenidən kəşf edir

Rabat, 22 aprel, AZƏRTAC

Mərakeşin Laraş şəhərinin yaxınlığında yerləşən Liksus arxeoloji kompleksində bərpa işləri başa çatdırılıb və bu gün həmin kompleks geniş tamaşaçı kütləsi üçün yenidən açılıb. Deyilənə görə Herakl öz igidliklərindən birini eramızın birinci əsrinin əvvəlində Romanın qərbində balıqçı limanı olmuş bu ərazidə göstərib.

AZƏRTAC xəbər verir ki, Lukos çayının mənsəbində, Laraş şəhəri ilə üzbəüz təpəlikdə yerləşən Liksus uzun illər baxımsız vəziyyətdə qalıb, lakin sonradan burada uzunluğu 1 kilometrdən bir qədər çox olan turist marşrutu və turistlər üçün interpretasiya mərkəzi yaradılıb.

Roma imperiyasının çiçəkləndiyi dövrdə, Şimali Afrika sahillərindəki məşhur Karfagen şəhər-dövlətinin hələ yer üzündən silinmədiyi vaxtlarda qədim karfagenlilər müasir Tanjer şəhərindən 100 kilometr cənub-qərbdə Liksus, yəni “Əbədi şəhər” adlı şəhər-liman salıblar.

Qədim Finikiya liman-qalasının xarabalıqları üzərində salınmış Liksusda eramızın birinci əsrinə aid edilən, bir neçə 100 adam yerləşən amfiteatrın xarabalıqları qalıb. Teatrın arxa tərəfindəki antik hamam divarlarındakı cəlbedici mozaikalar yaxşı vəziyyətdə qalıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.