DÜNYA


Mərakeş Səudiyyə Ərəbistanındakı səfirini geri çağırıb

Bakı, 8 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının televiziya kanallarında Mərakeşin ərazi bütövlüyünü şübhə altına alan reportajın efirə getməsi ilə əlaqədar Mərakeş bu ölkədəki səfirini geri çağırıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Mərakeşin səfiri Mustafa Əl-Mənsuri yerli “360” portalına müsahibəsində bildirib ki, onu “Ər-Riyaddan ölkələr arasında ikitərəfli əlaqələrlə bağlı məsləhətləşmə aparmaq üçün geri çağırıblar”. Diplomat əlavə edib ki, sözügedən televiziya reportajında Mərakeşin Qərbi Səhra bölgəsinə qarşı ərazi iddiası irəli sürülüb. Onun sözlərinə görə, Rabatda hökumət rəsmiləri ilə birlikdə bu və ikitərəfli əlaqələrə dair digər məsələlər müzakirə olunacaq.

Geniş ərazisi olan Şərqi Səhra bölgəsi uzun müddətdir ki, Mərakeşlə burada regional müstəqilliyini elan etmək istəyən və Əlcəzairin dəstəklədiyi “Polsario” hərəkatının da mübahisə obyektinə çevrilib.

Mərakeşin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rabat tezliklə bu anlaşılmazlığın aradan qaldırılacağına və Ər-Riyadla münasibətlərin normal məcraya dönəcəyinə ümid edir. Eyni zamanda, Mərakeş mətbuatının yazdığına görə, bu ölkənin rəhbərliyi Səudiyyə Ərəbistanının liderliyi ilə Yəməndə müharibə aparan hərbi koalisiyanı da tərk etmək barədə qərar qəbul edib. Xarici işlər naziri Nasser Bureita bəyan edib ki, onun ölkəsi bu koalisiya ilə əlaqədar siyasətini dəyişdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.