DÜNYA
Mərakeş bərpaolunan enerji istehsalı sahəsində qabaqcıl yerlərdədir
Rabat, 21 fevral, AZƏRTAC
Mərakeş bərpaolunan enerji mənbələrinə sərmayə qoyan, hazırda külək və günəş sayəsində bərpaolunan enerjini istehsal edən əsas ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen bildirib.
BMT-nin rəsmisi inkişaf etməkdə olan ölkələri təbiətə sərmayə qoymağa və ətraf mühitə zərər gətirməyən, yenilənmiş iqtisadiyyata nail olmaq üçün enerjinin çevrilməsində irəliləyiş etməyə çağırıb.
UNEP araşdırması, həmçinin dünya iqtisadiyyatının son 50 ildə təxminən beş qat artdığını, lakin ətraf mühitə böyük zərər vurduğunu göstərir.
COVID-19 pandemiyası səbəbindən istixana qazı tullantılarının azalmasına baxmayaraq, bu yüzillikdə qlobal istiləşmə selsi üzrə 3 dərəcə artacaq. Havanın çirklənməsi ilə əlaqəli xəstəliklər hər il təxminən doqquz milyon insanın ölümünə, bir milyondan çox bitkinin məhvinə səbəb olur. Bəzi heyvan növləri isə yoxolma riski altındadır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]