CƏMİYYƏT
Mərakeş əczaçıları əhalini mövsümi qripə qarşı peyvənd olunmağa çağırır
Rabat, 16 sentyabr, AZƏRTAC
Mərakeşdə son həftələrdə koronavirusa yoluxma hallarının artması mövsümi qripə qarşı peyvənd olunmasının vacibliyini gündəmə gətirib. Əczaçılar epidemioloji vəziyyəti nəzarət altında saxlamaq üçün vaksinasiyanın önəmini vurğulayırlar.
AZƏRTAC Mərakeş Əczaçıları Sindikatları Konfederasiyasına istinadla xəbər verir ki, vaksinasiyada məqsəd arzuolunmaz epidemioloji inkişafın qarşısını almaqdır.
Konfederasiyanın prezidenti Məhəmməd Lahbabi pandemiya dövrünün Mərakeş səhiyyə sisteminin zəif olduğunu göstərdiyini, eyni zamanda, mövsümi qripin COVID-19 ilə yanaşı inkişaf etməsinin ölkə üçün böyük fəlakət ola biləcəyini qeyd edib.
Onun sözlərinə görə, bir çox inkişaf etmiş ölkələr, eləcə də qonşu ölkələr bu proseduru tətbiq ediblər. Fransada isə iki il əvvəl vaksinasiya səviyyəsi 5 faizdən çox olmayıb, indi isə bu, 65 faizə yüksəlib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat