CƏMİYYƏT


Mərakeş fransalı təqaüdçülərin yaşamaq istədikləri üç ölkədən biridir

Rabat, 17 sentyabr, AZƏRTAC 

Mərakeş fransalı təqaüdçülərin daha əlverişli iqlim və bahalı olmayan həyat tərzi üçün üz tutmaq istədikləri istiqamətlər arasında üçüncü yerdədir.

AZƏRTAC Fransanın “Challenge” jurnalına istinadən xəbər verir ki, Mərakeş Krallığı fransalı təqaüdçülərin yaşamaq üçün üstünlük verdikləri Portuqaliya və İspaniyadan sonra üçüncü ölkədir. Sorğuların nəticələrinə əsasən, Mərakeş 100 baldan 62,7, İspaniya – 63,7, Portuqaliya isə 64,8 bal toplayıb.

Üstünlük təşkil edən ölkələrin siyahısında sonrakı yerləri Tailand, Mavrikiya, Tunis, Yunanıstan, İtaliya, Seneqal və Bali tutur.

Reytinqin hazırlanmasında dolanışıq xərcləri, təhlükəsizlik, iqlim, tibbi xidmət, sağlamlıq, nəqliyyatın əlçatanlığı, mülkiyyətin dəyəri, mədəni irs, əyləncə, mətbəx, inteqrasiya və infrastruktur kimi meyarlardan istifadə olunub.

Mərakeş bir sıra üstünlüklərə malikdir: ölkə 2015-ci ildən bəri terror aktlarına məruz qalmayıb, bu ölkədə əlverişli şərait var, vergilər aşağıdır və əhali fransız dilini bilir.

“France-2” kanalı bundan əvvəl bildirmişdi ki, Mərakeşdə məskunlaşan təqaüdçülərin sayı 30 min nəfər təşkil edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.