İDMAN


Mərakeş futbol üzrə dünya çempionatına ev sahibliyini qazanmağa çalışır

Rabat, 13 mart, AZƏRTAC 

Mərakeş futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməyə çalışır.

“Mərakeş-2026” təşkilat komitəsinin rəhbəri Mulay Xafid Elaləmi İordaniyaya səfər edərək mundiala ev sahibliyi ilə bağlı Qərbi Asiya ölkələrinin dəstəyini almağa çalışıb.

AZƏRTAC xəbər verir ki, dünya çempionatına ev sahibliyinə dair martın 16-da FIFA-ya təqdim ediləcək iddia ərizəsini İordaniya Futbol Federasiyasının və Qərbi Asiya Ölkələri Futbol Federasiyaları Assosiasiyasının prezidentinə təqdim edən M.X.Elaləmi ölkəsinin namizədliyinin dəstəklənməsini istəyib.

Xatırladaq ki, Qərbi Asiya Ölkələrinin Futbol Federasiyaları Assosiasiyasına 12 ölkə daxildir. Mərakeş Afrika dövlətləri ilə yanaşı, bu ölkələrin də dəstəyinə ümid bəsləyir.

Dünyanın 221 ölkəsinin Futbol Federasiyasının nümayəndələri bu ilin iyununda Moskvada XXIII dünya çempionatına ev sahibliyi etmək iddiasında olan Mərakeş Krallığı və birgə ərizə ilə çıxış etmiş ABŞ, Meksika və Kanadanın namizədliyi arasında seçim edəcəklər.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.