SİYASƏT


Mərakeş nəşri Azərbaycanın müharibədə qələbəsindən yazır

Rabat, 12 noyabr, AZƏRTAC

Mərakeşin “Akhbarona” elektron qəzetində “Azərbaycan Qarabağın qaytarılması uğrunda gedən müharibədə qələbə qazanır və Ermənistanı kapitulyasiya barədə sənədi imzalamağa məcbur edir” sərlövhəli məqalə dərc edilib (bax: https://www.akhbarona.com/world/313319.html).

AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin xalqa müraciətində Rusiyanın vasitəçiliyi ilə Ermənistanla atəşkəs barədə razılaşmanın imzalanmasını elan etməsi diqqətə çatdırılır. Prezident vurğulayıb ki, 6 həftəlik döyüşlərdən sonra Yerevan özünün kapitulyasiyası barədə bu sənədi imzalamağa məcbur olub.

Məqalədə Ermənistan baş naziri Nikol Paşinyanı bu sənədi imzalamağa Azərbaycanın məcbur etməsi barədə Prezident İlham Əliyevin dediyi sözlər vurğulanır.

“Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq”, - deyə nəşr Prezident İlham Əliyevdən sitat gətirir.

“Akhbarona” yazır ki, atəşkəs barədə razılaşma tarixi əhəmiyyətə malikdir, sənəd erməni ordusunun Dağlıq Qarabağdan qısa müddət ərzində çıxarılmasını nəzərdə tutur, Rusiya və Türkiyə razılaşmanın şərtlərinin yerinə yetirilməsində iştirak edirlər.

Mərakeş qəzeti Prezident İlham Əliyevin sözlərindən sitat gətirərək diqqətə çatdırır ki, razılaşmaya müvafiq olaraq münaqişənin hər iki tərəfi hazırda onların nəzarəti altında olan obyektlərə nəzarəti saxlayır. Bu, Azərbaycan qoşunlarının əldə etdiyi qələbənin möhkəmləndirilməsi və regionun böyük hissəsində erməni separatçılarının nəzarətinin itirilməsi deməkdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.