SİYASƏT


Mərakeş nəşri Qarabağda hərbi əməliyyatlar barədə yazıb

Rabat, 28 sentyabr, AZƏRTAC

Mərakeşin məşhur “hespress.com” internet portalının və onlayn qəzetinin fransız dilində yayılan versiyasında “Qarabağda hərbi əməliyyatlar: Azərbaycan və Ermənistan müharibə həddindədir” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə bu sözlərlə başlanır: “Bu gün Azərbaycan Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən dəstəklənən separatçıların silahlı hücumlarının səslərindən oyanıb. Azərbaycan ordusu ilə separatçılar arasında döyüşlər nəticəsində dinc sakinlər və hərbçilər həlak olub”.

Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən dəstəklənən separatçılar döyüş əməliyyatlarına başlayandan sonra Azərbaycan-Ermənistan münasibətlərində gərginlik son həddə çatıb.

“hespress.com” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev döyüş əməliyyatlarının Azərbaycanın qələbəsi ilə başa çatacağını vəd edib.

Azərbaycan Prezidenti Milli Televiziya ilə çıxışında deyib: “Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, düşmənə sarsıdıcı zərbələr endirir. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”.

Ermənistan ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.

Qarabağda döyüş əməliyyatları beynəlxalq aləmdə əks-səda doğurub. Bir sıra ölkələrin, o cümlədən Rusiya və Fransanın rəhbərləri tərəfləri dərhal atəşkəsə çağırıblar.

Məqalədə Türkiyənin Müdafiə naziri Hulusi Akarın bəyanatı sitat gətirilir: “Ankara Yerevanı təcavüzə son qoymağa çağırır. Türkiyə azərbaycanlı qardaşlarını öz ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə hər vasitə ilə dəstəkləməyə hazırdır”.

https://fr.hespress.com/167115-combats-au-karabakh-lazerbaidjan-et-larmenie-au-bord-de-la-guerre.html

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.