MƏDƏNİYYƏT


Mərakeş turizmi dirçəldir

Rabat, 19 sentyabr, AZƏRTAC 

Mərakeşin dörd imperiya şəhərindən biri – COVID-19 pandemiyasının dağıdıcı nəticələrindən xüsusilə çox zərər çəkmiş Mərrakeş şəhəri turizm fəaliyyətini dirçəltmək məqsədilə gələn ildən etibarən qlobal tədbirlərin təşkilini bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanlarının fikrincə, bu tədbirlərin keçirilməsi sayəsində şəhər mühüm hadisələr və işgüzar turizm üzrə beynəlxalq paytaxt statusunu qaytaracaq. Pandemiyadan əvvəl Mərrakeş BMT-nin iqlim dəyişmələri məsələləri üzrə COP 22 Ümumdünya Konfransı (2016-cı il), İnsan Haqları uğrunda Ümumdünya Forumu (2018-ci il), habelə futbol üzrə klublararası dünya çempionatı (2013-cü il) kimi qlobal tədbirlər təşkil edilməsi sayəsində belə bir status qazanmışdı.

2021-ci ildə Mərrakeşdə keçiriləcək iki prestijli beynəlxalq tədbir turizm və məşğulluq baxımından şəhərə və regiona hökmən müsbət təsir göstərəcək. Söhbət gələn ilin sentyabr ayında Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 24-cü sessiyasından və gələn il oktyabr ayında keçirilməsi nəzərdə tutulan Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun illik görüşündən gedir.

Bu iki mühüm hadisənin şəhərin turizm ekosisteminə gətirəcəyi birbaşa və dolayı üstünlüklərdən əlavə onlar həm də Mərrakeşin kommunikasiyası üçün strateji imkan olacaq, beynəlxalq arenada ona nadir şans yaradacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.