ELM VƏ TƏHSİL


Mərakeş universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasındadır

Rabat, 4 may, AZƏRTAC

Dünya universitetlərinin reytinqi Mərkəzinin (CWUR) məlumatlarına görə, Mərakeş universitetləri yüksək göstəricilərə malikdir.

AZƏRTAC xəbər verir ki, CWUR sorğulara və universitetlərin təqdim etdiyi məlumatlara əsaslanmadan tələbələrin təhsil və təlim keyfiyyətini, habelə müəllimlərin nüfuzunu və tədqiqatlarının keyfiyyətini ölçən dünyanın yeganə reytinq nəşridir.

Mərakeş bu reytinqdə Afrika və Ərəb ölkələri səviyyəsində yer almış 4 universitetlə - V Məhəmməd Universiteti, Məhəmməd Premyer Udjda Universiteti, Kadi Əyyad Universiteti və II Hassan Universiteti ilə – fərqlənir.

Mərakeşin bu ali təhsil ocaqları həm də dünyanın ən yaxşı universitetləri sırasına daxildir.

NigarCəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.