İDMAN


Mərakeşdə Karate 1 Premyer Liqa turnirində Azərbaycanı 14 idmançı təmsil edəcək

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 19-da Mərakeşin paytaxtı Rabatda Karate 1 Premyer Liqa seriyasından turnir start götürəcək. Aprelin 21-dək davam edəcək nüfuzlu yarışda Azərbaycanı 14 idmançı təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət yığma komandamızın heyətində Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (84 kq-dan yuxarı) yer alıblar. Qadınlar arasında yarışlarda Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizə aparacaqlar. Roman Heydərov isə kata üzrə yarışda qüvvəsini sınayacaq.

Karate 1 Premyer Liqa turnirinin Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.