DÜNYA


Mərakeşdə ümumi seçkilər keçirilir

Rabat, 8 sentyabr, AZƏRTAC

Bu gün Mərakeşdə Milli Assambleyanın Nümayəndələr Palatasına ümumi seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu, Mərakeşin yeni konstitusiyasının qəbul edilməsi günündən sonra krallıqdakı artıq üçüncü seçkilərdir. O vaxt kral kütləvi etirazların qarşısını almaq üçün hökumətə və parlamentə bir sıra səlahiyyətlər vermişdi. Seçkilər koronavirus pandemiyası ilə ağırlaşdırılan iqtisadi böhran fonunda keçirilir.

Parlament seçkilərində 31 partiya və koalisiyanın nümayəndəsi iştirak edir. 395 deputat yerinə 6815 namizəd iddia edir.

Milli İnsan Haqları Şurası seçkiləri müşahidə etmək üçün 100-dən çox müşahidəçinin təmsil olunduğu 19 beynəlxalq təşkilat və qurumun akkreditə olunduğunu bildirib.

Nəticənin necə olacağından asılı olmayaraq siyasi partiyalar tərəfindən kralın bu yaxınlarda elan etdiyi "yeni inkişaf modeli" və "yeni nəsil islahatlar və layihələr" xartiyasının qəbul edilməsi gözlənilir. Seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq bütün partiyalar tərəfindən sənədin imzalanması gözlənilir. Əsas məqsəd 2035-ci ilə qədər vətəndaşlar arasında rifah nöqteyi-nəzərdən fərqi azaltmaq və adambaşına düşən iqtisadi istehsalı iki dəfə artırmaqdır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.