SİYASƏT


Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzeti: Bakı VII Qlobal Foruma hazırlaşır

Rabat, 22 fevral, AZƏRTAC

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Mart ayında VII Qlobal Bakı Forumu keçiriləcək” adlı məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, Bakı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə dövlət və hökumət başçılarının, din və elm xadimlərinin iştirak etdiyi onlarla siyasi, iqtisadi və mədəni tədbir keçirilib.

Həmin tədbirlərdə önəmli məsələlər müzakirə olunub. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qərarlarına məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı kimi problemlərin ədalətli həllinin vacibliyi bildirilib.

Diqqətə çatdırılır ki, Azərbaycan "İslam Həmrəyliyi İli" çərçivəsində siyasətçilərin, din və elm xadimlərinin iştirakı ilə "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib.

Məqalədə bu il mart ayının 14-16-da dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumundan söz açılır. Qeyd olunur ki, tədbirdə aktuallıq kəsb edən mövzularda panellər təşkil olunacaq. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr ediləcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.