DÜNYA


Mərakeşin turizm sektoru pandemiya səbəbindən yeddi ayda 2 milyard dollar itirib

Rabat, 23 sentyabr, AZƏRTAC 

Mərakeş Krallığının İqtisadiyyat və Maliyyə Nazirliyinin nəzdindəki Tədqiqat və Maliyyə Proqnozları İdarəsi 2020-ci ilin ilk yeddi ayının sonunda turizm sektorunun COVID-19 pandemiyası nəticəsində təxminən 2 milyard dollar itirdiyini və gəlirlərin 44,1 faiz azaldığını bildirib.

AZƏRTAC xəbər verir ki, 2020-ci il iyun ayının sonunda Mərakeşə gələn turistlərin sayı keçən ilə nisbətən 63 faiz azalıb.

Pandemiya səbəbindən ölkə valyuta gəlirlərinin 60 faizini itirib. Bundan başqa, Mərakeşin turizm sektorunda çalışanların 50 faizi işlərindən məhrum olub.

COVID-19 böhranının turizm sektoruna mənfi təsirlərini azaltmaq və bu sahənin inkişafını təmin etmək üçün avqust ayında 2020-2022-ci illəri əhatə edən proqram qəbul olunub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.